Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı filmin təqdimatı keçirilmişdir.

29 iyun 2022 | 10:27

25 iyun 2022-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırladığı “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı filmin təqdimatı keçirilmişdir.

Təqdimatda Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,rayon hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri,şəhid ailələrinin üzvləri və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər. Dövlət himni ifa olunduqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun Həsənabad qəsəbəsindən olan üç milli qəhrəman: Zakir Məcidov, Samid İmanov və “Vətən Müharibəsi Qəhrəmanı” Camal İsmayılov haqqında danışıb. Daha sonra çıxış edən “Kür-Xəzər” xeyriyyə cəmiyyətinin sədri Akif Kərimov “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filmi haqqında tədbir iştirakçılarına məlumat verib.Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, filmin müəlliflərinə və tədbir iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər.Sonda “Bir qəsəbənin üç Milli qəhrəmanı” filmi nümayiş olunub.

Keçidlər