“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda növbəti maarifləndirici görüş keçirilib
29 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılıqları ilə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda silsilə maarifləndirici görüşlərdən olan növbəti tədbir rayonun Əli Səmədov adına Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, inzibati ərazi nümayəndəsi və bələdiyyə sədri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, təhsil ictimaiyyəti iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər -Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Əmirov,Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Böyükkişi Cəbrayılov qeyd ediblər ki, Zəfər Günü xalqımızın qürur və iftixar mənbəyidir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın igidliyinin, sarsılmaz iradəsinin və dövlət-xalq birliyinin nəticəsidir.
Çıxışlarda bildirilib ki, şəhidlərimizin keçdiyi şərəfli yol gənclər üçün əsl vətənpərvərlik məktəbidir. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan gəncliyi üçün ən ali nümunədir. Bu gün hər bir gəncin borcu Vətənə, dövlətə və bayrağa sədaqət göstərmək, azad edilmiş torpaqlarımızın bərpası və inkişafı uğrunda çalışmaqdır. Onlar gəncləri vətənə məhəbbət, milli həmrəylik və məsuliyyət ruhunda böyüməyə çağırıblar.
Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə çıxış ediblər.







