Beynəlxaq Ailə Günü münasibətilə “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxaq Ailə Günü münasibətilə “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin,Rayon Ağsaqqallar şurasının məsul şəxsləri, “Gündoğar” qəzetinin redaktoru, şəhid anaları, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə çalışan xanımlar və gənclər iştirak edib.
İştirakçılar tərəfindən Neftçala rayonu üzrə gənc rəssamların Beynəlxaq Ailə Gününə həsr olunan rəsm sərgisinə və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Esmira Məmmədzadə, Rayon Ağsaqqallar Şurasının sədr müavini Hüsniyyə Zeynalova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, Neftçala RMX PHŞ-nin həkimi Aynur Cəfərova, Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülmirə Səfərova, E.Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin müəllimi Nazilə Əhmədli bildiriblər ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. O bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Beynəlxaq ailə gününə həsr olunan videoçarx nümayiş etdirilib və görüş mövzu ətrafında qarşılıqlı müzakirələrlə davam etdirilib.