Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayon İcra Hakimiyyətində Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilib

28 dekabr 2024 | 17:25

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən Neftçala Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Neftçala Rayon  İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov dövlət qulluğu, o cümlədən xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində görülmüş və nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Rayon İcra Hakimiyyətinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliliyin artırılması, dövlət qulluqçularının inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəyi iştirakçıların nəzərinə çatdırılmışdır.

Keçidlər