Şriftin ölçüsü :

Saytın rəngi :

“Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə xanım Niftalıyeva “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub

29 dekabr 2025 | 14:26

Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə mətbuat sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş bir qrup mətbuat işçisi təltif olunub. Təltif olunan mətbuat işçilərindən biri də  Neftçala rayonunun mətbu orqanı “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə xanım Niftalıyevadır. Bədirə Niftalıyeva peşəkar fəaliyyəti ilə cəmiyyətin maarifləndirilməsində, obyektiv və operativ informasiyanın oxuculara çatdırılmasında, eyni zamanda regional mətbuatın inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi altında “Neftçala-Gündoğar” qəzeti daim ictimai-siyasi, sosial və mədəni mövzuların işıqlandırılmasına xüsusi önəm verərək oxucu auditoriyasının rəğbətini qazanıb. 

Bədirə xanımı səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar, davamlı nailiyyətlər arzulayırıq.

Keçidlər