Neftçala rayonunda balıq ovu ilə məşğul olan sakinlərlə növbəti görüş keçirilib
Neftçala rayonunda Neftçala şəhirinin, Sarıqamış və Həsənəbad İnzibati ərazi dairə nümayəndələrində yaşayan balıq və su bioresusrlarının ovu ilə məşğul olan vətəndaşlarla müvafiq qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə yönələn növbəti maarifləndirici görüşü keçirilib.
Görüş zamanı Neftçala Rayon İcra Hakimiyyətinin, aidiyyəti qurumların əməkdaşları tərəfindən Xəzər dənizinin Neftçala rayonu akvatoriyasında, Kür çayında, digər su hövzələrində balıq və digər su bioresurslarının ovu ilə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunub, balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may – 30 iyun tarixləri ərzində balıq, digər su bioresurslarının idman və həvəskar ovuna qoyulan qadağalara əməl edilməsi tövsiyə olunub, həmçinin cari ilin may ayının 1-dən etibarən balıq sənaye balıq ovuna tətbiq edilən qadağanın sentyabr ayının 1-də başa çatması onların diqqətinə çatdırılıb. Balıq ovu ilə məşğul onlara bu qaydaya riayət etmələri tövsiyə edilib.