Neftçala rayonunda növbəti dəfə balıq buraxılışı həyata keçirilib
Neftçala rayonunda növbəti dəfə nərə cinsli balıqların Xəzər dənizinə buraxılması prosesi həyata keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, RİH-in məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə qonaqlar Neftçala rayonunda yerləşən Xıllı Nərə Balıqartırma MMC-də balıqların istehsalat sahəsilə yaxından tanış olublar və növbəti balıq buraxılışı həyata keçirilib. Növbəti balıq buraxılışı zamanı 589700 ədəd körpə nərə və uzunburun balığı, 10000 ədəd kələmo- qaya balığı Xəzər dənizinə buraxılıb.
Neftçala RİH və ETSN vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.