Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar Muradova Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

05 mart 2026 | 17:54

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb.

B. Muradova Uşaq Səfirlər Məclisini uşaq iştirakçılığının təşviqi və hüquqlarının qorunması baxımından Dövlət Komitəsinin uğurlu layihələrindən biri olduğunu diqqətə çatdırıb. Sədr qeyd edib ki, layihə uşaq iştirakçılığını, onların ölkə üzrə şəbəkələşməsini, həm yaşadıqları regionda həm də ölkə miqyasında gedən ictimai proseslərə qoşulmasını şərtləndirən və ona şərait yaradan mühüm platformadır.

Komitə sədri uşaqların qərarqəbuletmə prosesində fəal iştirakının digər uşaqların da hüquqlarının müdafiəsinə, onların liderlik bacarıqlarının formalaşmasına, sosial məsuliyyət hissinin güclənməsinə töhfə verdiyini bildirib.

B.Muradova uşaqlara fəaliyyətlərində uğurlar arzulayıb və onların cəmiyyətin inkişafına töhfə verən layihələrdə iştirakının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Neftçala rayonu üzrə nümayəndə və fəallar həyata keçirdikləri fəaliyyətlər, sosial layihələr və gələcək təşəbbüsləri barədə məlumat veriblər.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, uşaqların təklif və fikirləri dinlənilib, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində müzakirələr aparılıb.

Keçidlər