Neftçala rayonunda Azərişıq ASC-in 10 illik yubileyi qeyd olunub
10 fevral 2025 | 15:18
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılmasının 10 illik yubileyi Neftçala rayonunda qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Şaiq Məmmədov, Azərişıq ASC-nin Şirvan RETSİ-nin Neftçala EŞ-in rəisi Ağababa Babayev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Neftçala EŞ-in kollektivi iştirak edib.
İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Şaiq Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbriklərini kollektivə çatdırıb və onların enerji təminatı sahəsindəki zəhmətlərini qeyd edib, çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda zəhmətkeş Neftçala EŞ-in kollektivi ilə xatirə şəkli çəkilib.