Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, şair-publisist Elnur Uğurla görüş keçirilib

19 may 2023 | 09:20

16 may 2023-cü il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, şair-publisist Elnur Uğurla görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı şair-publisist Elnur Uğuru Vətən Müharibəsində Əfsanəvi taborun qəhrəmanlarına həsr etdiyi "13 Əfsanə" adlı növbəti kitabının ərsəyə gəlməsi və Azərbaycan Yazıçılar İttifaqında kitabın təqdimat mərasiminin keçirilməsi münasibətilə təbrik etmiş, şairin Şanlı tariximiz, Vətənimizin qəhrəman övladları haqqında və vətənpərvərlik ruhunda yazdığı kitabların oxucuların böyük marağa səbəb olduğunu və onun bu xidmətlərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində onun yetirməsi Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin XI sinif şagirdi Rəsulzadə Məhəmməd Elman oğlunun Resbulika üzrə 3-cü dərəcəli diploma layiq görülməsi münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində və yaradıcılığı sahəsində yeni-yeni uğurlar arzulamışdır. Müəllif yaradıcı insanlara verilən yüksək qiymətə və ona göstərilən diqqət və qayğıya görə rayonun ədəbi ictimaiyyəti adından rayon rəhbərinə dərin təşəkkürünü bildirmiş, yeni nəşr olunan "13 Əfsanə" adlı kitabını Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmişdir. Görüşün sonunda müəllif ilə xatirə şəkilləri çəkilmişdir.

Keçidlər