“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi tərəfindən “Məsuliyyətli valideyn” maarifləndirici görüşü keçirilib
08 oktyabr 2022 | 09:45
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala rayonunda “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi tərəfindən “Məsuliyyətli valideyn” – valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirici görüşlərin təşkili layihəsi keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsləhətçisi Esmira Məmmədzadə, layihə rəhbəri Şahin Rəcəbov, təhsil işçiləri, psixoloqlar və valideynlər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Şahin Rəcəbov görüş iştirakçılarına valideyn məsuliyyətinin artırılması və bu sahədəki mövcud vəziyyət, valideyn-övlad münasibətləri, valideynlərin hüquq və vəzifələri, eyni zamanda uşaq hüquq və azadlıqları barədə, qeyd olunan sahədə beynəlxalq təcrübəyə dair geniş məlumat verib, iştirakçıların mövzu ilə əlaqədar suallarını cavablandırıb.
Görüş qarşılıqlı müzakirələrlə davam edib.
Məlumat üçün bildirirk ki, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi tərəfindən “Məsuliyyətli valideyn” – valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirmə görüşlərinin təşkili layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi regionlarda ailələr üçün valideyn məsuliyyətinə dair maarifləndirməni həyata keçirmək, onların məsuliyyət və səriştəsini artırmaq, valideyn məsuliyyəti ilə bağlı beynəlxalq təcrübədən faydalanmaqdır.