Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Neftçala rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib
18 noyabr 2024-cü il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Neftçala rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul şəxsləri Əliheydər Qarayev, Esmira Məmmədzadə, Forumda Neftçala rayonunu təmsil edəcək uşaqlar, şagirdlərin təhsil aldığı ümumtəhsil məktəblərinin direktorları və valideynlər iştirak edib.
Görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun keçiriləcəyi, ölkəmizin bütün şəhər və rayonlarından öz xüsusi bacarıq və istedadı ilə seçilən uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçıların 7 mövzu üzrə qruplaşdırılaraq müzakirələr aparılacağı bildirilib, həmin mövzular barədə onlara geniş məlumat verilib.
Sonda Forumda iştirakçı və yaddaş vərəqələri uşaqlara təqdim olunaraq onlara uğurlar arzu edilib.