Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını və Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib

08 noyabr 2023 | 09:30

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını və Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif olunublar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.

Təltif olunan hərbi qulluqçulardan 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri zamanı şəhid olan Neftçala rayonunda anadan olan hərbi qulluqçular Əliyev Sərxan Rabil oğlu, Xankişiyev Elşən Elşad oğlu, Səmədov Camal Vüqar oğlu, Abuşov Habil Qulam oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə Cəfərov Xəzər Qalib oğlu isə 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunublar.

Keçidlər