Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Neftçala rayonundan olan hərbi qulluqçular təltif ediliblər

25 iyun 2026 | 19:44

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə təltif ediliblər.Bu Sərəncamla Neftçala rayonundan olan bir sıra şəhid hərbi qulluqçular da müxtəlif ordenlərlə təltif olunublar. Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onları dərin ehtiramla yad edirik.

"Azərbaycan Bayrağı" ordeni ilə

Şəhid Əsgərov Samid Gülmalı oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Şəhid Hüseynov Kamran Namiz oğlu
Şəhid İmanzadə Ayaz Daşqın oğlu
Şəhid Dadaşov Elvin İmanqulu oğlu
Şəhid Səmədov Sabuhi İbrahim oğlu
Şəhid Quliyev Əkbər Güləhməd oğlu
Şəhid Abbasov Samir Azər oğlu
Şəhid Bayramov Əmrah Hüseyn oğlu
Şəhid Əliyev Elçin Ələkbər oğlu
Şəhid Gözəlov Murad Zabil oğlu
Şəhid Xankişiyev Nicat Aşur oğlu
Şəhid Quliyev Rəvan Mərdan oğlu
Şəhid Məmmədov Natiq İltifat oğlu
Şəhid Nəcəfov Bəhruz Əli oğlu
Şəhid Orucov Yunis Şaiq oğlu
Şəhid Səfərov Mais Şakir oğlu
Şəhid Süleymanov İsmayıl Kamal oğlu

Keçidlər