Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə tədbiri keçirildi

10 mart 2026 | 17:36

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın ikinci bəndinə əsasən şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə tədbiri həyata keçirildi.Azərbaycanda həyata keçirilən müasir şəhərsalma siyasəti ölkəmizin dayanıqlı inkişafının parlaq təzahürüdür” mövzusunda Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən dəyirmi masada iştirak edən idarə, təşkilat rəhbərlərinə, rayon ictimaiyyət nümayəndələrinə Azərbaycanda şəhərsalma fəaliyyətinin təkcə cari ehtiyaclara deyil, uzunmüddətli strateji sənədlərə əsaslanması, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 4 və 5-ci bölmələrinin əhəmiyyəti barədə ətraflı məlumat verildi.

            Mövzu ilə bağlı məruzə edən  Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev, şəhərlərin idarə olunmasında “Yaşıl Artım” və “ Rəqəmsal Transformasiya” prinsiplərinin tətbiqindən, çoxmərkəzli şəhər modelindən, işğaldan azad edilmiş ərazilərdə “Ağıllı Dirçəliş” konsepsiyasından, dirçəliş prosesində rəqəmsal infrastrukturun əhəmiyyətindən, müasir şəhərsalma siyasətində şəhərlərdə demoqrafıq sıxlığın düzgün idarə olunması hədəflərindən, yüksək keyfiyyətli ekoloji mühit, yaşıl eneri məkanı, dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya məsələlərindən geniş söhbət açaraq ətraflı məlumat verdi. Məruzə zamanı, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə “Ağıllı şəhər” layihələrinin icrasının daha da sürətlənməsinin, Bakı şəhərinin “Ağıllı şəhər”  komponentləri ilə əhatə olunmasının, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına 2026-cı ildə  Bakı şəhərinin ev sahibliyi etməsinin, bir daha Azərbaycanın ağıllı və dayanıqlı şəhərsalma sahəsində qlobal mərkəzlərindən birinə çevrilməsinin təsdiq olunmasının təzahürü barədə bir çox məqamlara diqqət yetirildi.

Şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə tədbirində işğaldan azad edilmiş ərazilərdə dirçəliş konsepsiyası əsasında beynəlxalq standartlara cavab verən ilk “Ağıllı kənd” nümunəsinin Zəngilan rayonunun  Ağalı kəndinin olması və  ilk uğurlu nümunə kimi dünya urbanistika reytinqlərində yer alması, konsepsiya çərçivəsində daha çox ərazini əhatə edən sahələrdə “Yaşıl Enerji Zona” larının yaradılması barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verildi.

Keçidlər