Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar geniş tərkibdə yığıncaq keçirilib
Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun sədrliyi ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərlərinin, şəhərə, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədlərinin iştirakı ilə geniş tərkibdə iclas keçirildi. Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işlərinin aparılması, rayon ərazisində abadlıq işləri, yaşıllıq zolaqlarının salınması, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə təqdim edilməsi, şəhərsalma və tikinti qanunvericiliyinin təhlili və bu istiqamətdə ictimai maarifləndirmə , şəhərsalma və memarlıq ilinə həsr olunmuş müxtəlif təbliğat materiallarının nümayiş etdirilməsi, rayon ərazisində tarixi və memarlıq abidləri haqqında məlumatların rəqəmsallaşdırılması ilə bağlı geniş müzakirə aparıldı, il ərzində görüləcək işlərin planlaşdırılmış layihə əsasında icrası, 2026-cı ilin birinci rübündə görülən işlərin müzakirəsi aparılıb və növbəti aylarda qarşıda duran vəzifələr müəyyən edilib. Tədbirlər planının icrası ilə bağlı növbəti aylarda bütün rayonu əhatə edəcək geniş planlar müzakirə edilərək yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində həyata keçiriləcək layihələrin hər bir bəndi üzrə qarşıya qoyulan məqsədlər, perspektivlər aidiyyəti məsul şəxslərin diqqətinə çatdırıldı və bu istiqamətdə təkliflər, fikirlər dinlənildi.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində həyata keçiriləcək abadlıq-təmizlik işləri, yaşıllıq zolaqlarının salınması, qəsəbə və kəndlərdə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə parkların salınması, könüllü gənclərin bu istiqamətdə fəaliyyətinin koordinasiya edilməsi, yaşayış və qeyri yaşayış obyektlərinin tikintisi, elektron sistemdə qeydə alınması, qanunsuz tikililərin qarşısının alınması istiqamətində yerlərdə sakinlərin iştirakı ilə profilaktiki maarifləndirmə görüşlərinin keçirilməsi ilə bağlı tərtib edilmiş tədbirlər qrafikinə uyğun olaraq icra olunması cavabdeh şəxslərə tapşırıldı.







