Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb

06 noyabr 2022 | 15:58
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Neftçala rayonun Bankə qəsəbə sakinləri Abdullayev Elvin Elçin oğlu “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə, Fətullayev Rafail Rüfət oğlu “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər