Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən müşavirə keçirilib

20 noyabr 2023 | 11:49

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən müşavirə keçirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il üçün Əsas Tədbirlər planına uyğun olaraq Neftçala RİH-də Rayon İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin və Muğan Regional Mərkəzin əməkdaşlarının iştirakı ilə Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı metodiki görüş keçirilib.

Görüşdə Neftçala RİH-in məsul şəxsləri, yerli inzibati ərazi dairələri nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də Muğan regional mərkəzin məsul şəxsləri iştirak edib.

Tədbirdə rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilib monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda mövzuyla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər