Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
06 mart 2023 | 18:01
Müdafiə Nazirliyinin məlumatına əsasən 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi quluqçusu baş leytenant Hüseynov Kamran Namiz oğlu mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olub. Şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk və səbir diləyirik.