Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Qaramanlı və Yenikənd kəndlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görüş keçirilib

24 oktyabr 2023 | 12:25

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın təbliğat qrupunun 2023-cü il üçün tərtib edilmiş İş Planına uyğun olaraq Neftçala Rayon Icra Hakimiyyəti başçısının Aşağı Qaramanlı və Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Aşağı Qaramanlı və Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Aşağı Qaramanlı, Qədimkənd və Yenikənd bələdiyyələrinin nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Görüşdə Ölkəmizdə narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan Dövlət siyasətindən geniş söhbət açılıb. Müzakirələr zamanı bəşəriyyətin bəlasına çevrilən narkomanlığın qarşısının alınması istiqamətində cəmiyyətin hər bir fərdinin üzərinə vəzifələr düşdüyü bildirilib. Mövzu ətrafında danışanlar həyata keçirilən tədbirlərin nəticəsində son dövrlər nəzərəçarpacaq dərəcədə uğurlar qazanıldığını qeyd ediblər.

Görüşdə nümayəndəliyə daxil olan kəndlərin ərazisində yerləşən ümumtəhsil məktəblərində “ağ ölum”lə mübarizə istiqmətində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərin əhəmiyyətli rol oynadığını, bunun da narkomanlıq və narkotizmə qarşı mübarizə istiqamətində aparılan ümumi mübarizəyə ciddi töhfələr verdiyini  vurğulayıblar. Görüş iştirakçıları bəşəri bəlaya qarşı mübarizə istiqamətində Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən son dövrlər həyata keçirilən  görüş və maarifləndirici tədbirləri böyük məmnunluq, minnətdarlıqla qarşılayıblar, ümumi mübarizədə üzərlərinə düşən vəzifələri hər zaman yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Keçidlər