Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri elan olunub

25 iyul 2025 | 16:25

Ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri  elan olunub. Belə ki, 2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 14 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Həmin şagirdlərdən iki nəfəri – Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Əlili Müşfiq Aqil oğlu və Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əliyev Mirağa İxtiyar oğlu blok imtahanında maksimum (400 bal) nəticə göstəriblər.

Məlumat üçün bildiririk ki, S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Əlili Müşfiq Aqil oğlu I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərən abituriyentdir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş 14 nəfər məzununun siyahısını təqdim edirik:

  1. Əlili Müşfiq Aqil oğlu - S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 698,3 bal;
  2. Quluzadə Nəzrin Nail qızı - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbi, IV ixtisas qrupu, 688 bal;
  3. İmanlı Ramilə Rəhim qızı - F.Quliyev adına Xıllı qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbi, III ixtisas qrupu, 677,4 bal;
  4. Əliyev Mirağa İxtiyar oğlu - S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 676 bal;
  5. Kərimli Güləhməd Əbülfəz oğlu - S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 666,5 bal;
  6. Rəhimli Kənan Seymur oğlu - S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi, IV ixtisas qrupu, 655,5 bal;
  7. Nəcəfov Rauf Fariz oğlu - F.Həziyev adına Xolqarabucaq kənd tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 655,4 bal;
  8. Məmmədzadə Nurlanə Nurlan qızı - S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi, III ixtisas qrupu, 653 bal;
  9. Əsgərova Firuzə Ramal qızı - E.Həbibov adına Neftçala şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi, II ixtisas qrupu, 622 bal;
  10. Məlikova Minarə Mahir qızı - C.Əhmədov adına Cəngan kənd tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 621 bal;
  11. Səlimli Mirəli Mais oğlu - E.Həbibov adına Neftçala şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi, IV ixtisas qrupu, 614 bal;
  12. Bağırzadə Firəngiz Elnur qızı - E.Həbibov adına Neftçala şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi, III ixtisas qrupu, 608 bal;
  13. Rəcəbli Nihat Emil oğlu - II Qaralı kənd tam orta ümumtəhsil məktəbi, I ixtisas qrupu, 608 bal;
  14. Əzizov Həmzə Heydər oğlu - S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi, III ixtisas qrupu, 600,02 bal;

 

Bildiririk ki, Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə adları qeyd olunan məzunlardan 3 nəfəri qızıl nişana layiq görülüb:

  1. Məmmədzadə Nurlanə Nurlan qızı  - Neftçala şəhəri S. İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
  2. İmanlı Ramilə Rəhim qızı - F.Quliyev adına Xıllı qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbi;
  3. Quluzadə Nəzrin Nail qızı - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbi.

Uğur qazanmış məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Keçidlər