“Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” müvzusunda seminar keçirilib
09 fevral 2023 | 19:06
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası” -ın təşkilatçılığı ilə Neftçala şəhər 2 saylı tam orta məktəbdə “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda seminar keçirilib.
Tədbirdə Neftçala RİH-in məsul şəxsləri, məktəb kollektivi, valideynlər, şagirdlər, bir qrup nümunəvi ailələr və rayon sakinləri iştirak edib.
Seminarda iştirak edənlər müasir dövrün tələblərinə uyğun olaraq valideyn və məktəb arasında münasibətlərin yenidən qurulması kimi mühüm pedaqoji hadisənin vacibliyini, xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olması, təhsilin keyfiyyətinin yüksəldilməsi dayanır.
Seminar zamanı valideyn-şagird-müəllim üçbucağı texnikası məktəbin müəllim, şagird və valideynlərin iştirakı ilə əyani şəkildə diqqətə çatdırılıb, maarifləndirici video-çarx izlənilib və görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.