Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə planlaşdırılması və reproduktiv sağlamlığın təşkili” mövzusunda tədbir keçirilib

31 avqust 2023 | 15:55

29 avqust 2023-cü il tarixində Samid İmanov adına 1 saylı tam orta məktəbdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”ı tərəfindən “Ailə planlaşdırılması və reproduktiv sağlamlığın təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə çıxış edənlər Ailə planlaşdırılması və reproduktiv sağlamlığın müasir dövrün aktual problemlərindən olduğunu və mövzu ilə əlaqədar maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs etdi. Daha sonra “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın katibi Gövhər Məmmədova “Ailə planlaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edərək tədbirin mahiyyəti və komissiyanın Ailə planlaşdırılması və reproduktiv sağlamlığın təşkili ilə əlaqədar gördüyü işlərdən danışdı. Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizəsinin daha da gücləndirilməsinin, gənclərin sağlam nəsil kimi yetişməsinin dövlətin siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, ölkədə bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Tədbirdə həmçinin  Mərkəzi Rayon Xəstəxanasının həkimləri həkim- ginekoloq Cəfərova Təranə və həkim-pediatr Quliyeva Aynurə  mövzu ətrafında çıxış etdilər.

“Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

Keçidlər