“Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı dəyirmi masa ətrafında görüş keçirilib
22 may 2023 | 10:07
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbində “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bankə qəsəbə İƏD üzrə nümayəndəsi, Rayon Ağsaqqallar şurasının sədr müavini, şəhid ailələri, səhiyyə əməkdaşları, müəllimlər, şagirdlər və eləcə də RİH-də həyata keçirilən könüllük proqramı əsasında fəaliyyət göstərən gənclər iştirak edib.
Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasında rolu və yeri barədə, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin qorunmasına göstərdikləri böyük diqqət və qayğı, ailənin vətəndaş cəmiyyətinin inkişafında rolu, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazasının mövcudluğu haqqında geniş məlumat veriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.