“Ailə dəyərlərimizin qorunub saxlanılması, övladlarımızın milli- mənəvi ruhda tərbiyələndirilməsi” mövzusunda görüş keçirilib
16 fevral 2023 | 16:25
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə “Ailə dəyərlərimizin qorunub saxlanılması, övladlarımızın milli- mənəvi ruhda tərbiyələndirilməsi” mövzusunda görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və İnzibati Ərazi dairəsi üzrə Nümayəndə, hüquq- mühafizə orqanlarının, Neftçala Peşə məktəbinin məsul şəxsləri, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak edib.
Mövzu ətrafında çıxış edənlər mövzunun həssaslığına və vacibliyinə diqqət çəkib, sağlam ailə dəyərlərinin sağlam cəmiyyətlə təşkili diqqətə çatdırılıb. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibətlərin olması, valideyn-övlad münasibətləri düzgün qurulması görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüş qarşılıqlı müzakirələr ilə davam etdirilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.