“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neftçala rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan silsilə tədbirlər keçirilir və bu tədbirlərdə məktəblilər də yaxından iştirak edir. Belə ki, Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi və Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Vasif Əliyev, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri Ramilə İmanlı və Xavər Abdullazadə, müəllimlər və fəal məktəblilər iştirak edib. Neftçala şəhəri ərazisində aksiya iştirakçıları tərəfindən oleandr ağacları əkilib və onlara aqrotexniki qulluq göstərilib. Eyni zamanda məktəblilərə ağac əkməklə yanaşı onları qorumağın vacibliyi və əhəmiyyəti barədə məlumat verilib.