Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağ ölümlə mübarizə hər birimizin vəzifəmiz olmalıdır” adlı növbəti maarifləndirici tədbir keçirilib

08 oktyabr 2022 | 09:38
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planına uyğun olaraq Neftçala Peşə məktəbində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Ağ ölümlə mübarizə hər birimizin vəzifəmiz olmalıdır” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, həmçinin müəllimlər, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər bütün dünyanı narahat edən və düşündürən ümumbəşəri bəlaya – narkomanlığa qarşı mübarizə sahəsində görülən və görülməli olan işlərdən bəhs ediblər. Dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramlarının əhəmiyyəti xüsusi qeyd edilib. Bundan əlavə Komissiya üzvləri tərəfindən tədbir iştirakçıları narkomaniya və onun fəsadları barədə ətraflı məlumatlandırılıb. Geniş fikir mübadiləsi şəraitində baş tutan görüşdə həyata keçirilən təbliğat, maarifləndirmə işlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu sahədə əldə edilən uğurlu nəticələr nümunə göstərilib. Tədbir iştirakçıları ümumbəşəri bəla ilə mübarizə sahəsində ayrı-ayrı dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin birgə mübarizə aparmaqla daha çox yayılmasının və kütləvi hal almasının qarşısını almağın mümkünlüyü qənaətinə gəlmişlər.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif ərazilərində davamlı olaraq həyata keçirilən bu tipli tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmış və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Keçidlər