Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Azərbaycan Gəncləri Günü qeyd edilib

02 fevral 2015 | 16:00

Neftçalada 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəni ehtiramla yad ediblər.

Tədbirdə rayon əhalisinin 24 min nəfərinin gənclərdən ibarət olduğu, onlardan 60 nəfəri dövlət qulluğunda, 123 nəfəri bələdiyyələrdə təmsil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, rayon gənclərinin idmana cəlb edilməsi məqsədilə Neftçala Olimpiya İdman Kompleksinin inşasına başlanılıb. Hazırda rayon ərazisində 34 idman qurğusu gənclərin ixtiyarındadır . Rayon üzrə 1.224 gənc idmanla müntəzəm məşğul olur. Elə bu səbəbdən ötən il boks və ağır atletika üzrə 6 neftçalalı gənc 6 qızıl medal qazanaraq respublika çempionu olub.

Tədbirdə gənclərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.

Rayonun bədii özfəaliyyət kollektivləri toplantı iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.

 

Keçidlər