Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib

23 yanvar 2015 | 16:00

Prezident İlham Əliyevin tap­şı­­rı­ğına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər­ləri bölgələrdə vətəndaş­ların qə­bu­lunu keçirir, onların müxtəlif məsələlərlə bağlı mü­ra­ciətlərinin, ərizə və şikayət­ləri­nin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Yanvarın 23-də Dövlət Gömrük Komi­tə­­sinin sədri, gömrük xidməti general-ley­tenantı Aydın Əliyev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Bilə­su­var, Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətlə­rinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.
Səyyar qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinlə­yib və qaldırılan məsələlərin qanunveri­cili­yə uyğun həlli barədə müvafiq struk­tur­ların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər