Neftçalada İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibəti ilə 29 noyabr 2014-cü il tarixdə Neftçala rayonunda tədbir keçirilmişdir. Tədbirə rayonun ictimaiyyəti nümayəndələri, ziyalılarla yanaşı elm adamları, tədqiqatçılar da qatılıb.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ədibin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib .Ilyas Əfəndiyevin çoxşaxəli yaradıcılıq yolu keçdiyini deyən fililogiya elmləri doktoru Nizaməddin Şəmsizadə bildirib ki,o, bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın görkəmli nümayəndələrindəndir.Özünəməxsus manerası olan yazıçının dramaturgiyası ilə teatr sənətimizdə yeni mərhələ açdığını söyləyən professor İlham Rəhimli “İlyas Əfəndiyev teatrı” yaradıcılıq uğurlarını diqqətə çatdırıb.
Dövlət başçısının “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ölkəmizdə ədəbiyyata, sənətə dövlət qayğısı kimi səciyyələndirilib və yazıçının nəvəsi Günay Əfəndiyeva bu qayğıya görə əfəndiyevlər ailəsi adından ölkə başçısına minnətdarlıq edib.Tədbir ədəbi -bədii kompozisiyanın nümayişi ilə başa çatıb.