Şriftin ölçüsü :

Saytın rəngi :

“I Ümumrespublika yaşıllaşdırma” marafonu Neftçalada da start götürdü

11 noyabr 2014 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də "Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilmişdir.
   Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
   Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu – aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa    çatdırılması planlaşdırılır.
   İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “I Ümumrespublika Yaşıllaşdırma” marafonuna Neftçalada da start verildi. Marafon çərçivəsində noyabrın 8-də   Neftçala rayonunda kütləvi ağacəkmə aksiyası keçirildi.
   Aksiya zamanı şəhərin park və bağlarında, magistral avtomobil yollarının kənarında 5 min ədəd müxtəlif növ ağaclar əkildi.
   Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.Bu işlərin noyabr ayının sonuna qədər davam etdirilərək rayon ərazisində 9000 ədəd müxtəlif növ ağac əkilməsi nəzərdə tutulmuşdur.
   Ağacəkmə aksiyası əhali arasında böyük razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər