Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətində İctimai Şuranın növbəti iclası keçirilmişdir

22 aprel 2022 | 08:04

Neftçala Rayon İcra Hakimiyyətində İctimai Şuranın növbəti iclası keçirilib.
Neftçala RİH-i yanında İctimai şuranın növbəti iclası Rİh-də keçirilib. İclasda kənd qadınlarının məşğulluq, torpağın sahibkara verilməsi və sənədləşdirməsi məsələləri müzakirə olunub.
İclasda Neftçala RİH-nin məsul şəxsləri, İctimai şuranın üzvləri və idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
İclasda çıxış edən İctimai şuranın sədri Təhmasib Məlikov dövlət orqanlarının işinin effekttiv qurulmasından, vətəndaş cəmiyyəti ilə sıx əlaqələrdən və verilən qərarlar haqqında danışıb. Vətəndaş və dövlət arasındakı sıx əlaqənin nəticəsində verilən qərarlar cəmiyyət tərəfindən müsbət qarşılanır və bu əməkdaşlıqların genişləndirilməsi diqqətə çatdırılıb.
İclasda iştirak edən digər İctimai şura üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”- nın təsdiq edilməsindən, kənd qadınlarının məşğulluq, sahibkarlara torpaq sahələrinin ayrılması, sənədləşmə və digər məsələlər müzakirə olunub. İctimai şura tərəfindən iclasın sonunda RİH-nə, dövlət qurumlarına müraciət hazırlanaraq təqdim olunub.

Keçidlər