Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayon Gənclər və İdman idarəsində təqdimat keçirilib

22 aprel 2022 | 08:04

Neftçala rayon Gənclər və İdman idarəsində təqdimat keçirilib.
Neftçala rayonu Gənclər və İdman İdarəsində yeni rəisin Əhmədov Araz Tofiq oğlunun kollektivə təqdimatı keçirilib. Təqdimatda Neftçala RİH-nin, YAP-nın, Rayon Təhsil Şöbəsinin, Gənclər və İnkişaf Karyera mərkəzinin məsul şəxsləri və kollektiv iştirak edib.
Məlumat üçün bildiririk ki, Əhmədov Araz Tofiq oğlu 02 oktyabr  1972-ci ildə Neftçala şəhərində anadan olub. 1989-cu ildə Neftçala şəhər 1 saylı tam orta məktəbini bitirib.
1991-ci ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakültəsinə daxil olub və 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən Neftçala rayon Uşaq-Gənclər  Şahmat məktəbində məşqçi-müəllim,  2016-cı ildən həmin məktəbin
direktoru, 2018- 2022- ci illərdə Neftçala rayon Təhsil şöbəsində işləyib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından Araz Əhmdovu təbrik edir və işlərində uğurlar arzulayırıq.

Keçidlər