Şriftin ölçüsü :

Saytın rəngi :

16 oktyabr 2014-cü il tarixində Neftçala rayonunda Dövlət Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir

19 oktyabr 2014 | 15:00

18 oktyabr Dövlət Müstəqillik Günü münasibətilə hər il olduğu kimi bu il də Respublikamızın bütün rayon və şəhərlərində bir-birindən maraqlı bayram tədbirləri təşkil olundu. Əziz bayram münasibətilə rayonumuzda da belə tədbirlərdən biri təşkil olundu. Bütün canı, qanı bahasına müstəqil Azərbaycanımızı qurub-yaradan, onu əbədi və dönməz edən Ulu Öndərimizi-möhtərəm Heydər Əliyevi yad etməmək mümkün deyildi. Rayon İcra Hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev, rayonun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri ümummilli liderin abidəsi önünə gələrək buraya tər çiçəklər düzdülər. Tədbir bundan sonra ümummilli liderin adını daşıyan Heydər Əliyev mərkəzində böyük bayram konserti ilə davam etdirildi.

Keçidlər