Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonun gənc idmançıları ağır atletika yarışında iştirak edib

12 aprel 2022 | 04:04

Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və Azərbaycan Respublikası Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında 08-10 aprel 2022-ci il tarixlərində ağır atletika üzrə müxtəlif çəki dərəcələrində Bakı şəhərində yarış keçirilib. Yarışın keçirilməsində məqsəd şəhər, rayon və qəsəbələrdə Ağır Atletika idman növünün inkişafı, təbliği və yeni gənc idmançı nəslin yetişməsi, gənclərin bu idman növünə diqqətini artırmaqdan ibarətdir.
Yarışda Neftçala rayonu 4 idmançı, 1 məşqçi ilə təmsil olunub və idmançılarımız müxtəlif yerlərin qalibləri olublar. Bunlardan İmanova Fazilə Ağadədə qızı və Kazımov Ramiz Zahid oğlu 55 kq çəki dərəcəsində II və III yerlərin qalibləri olublar.
Neftçala RİH kollektivi adından yarışda iştirak edən idmançılarımızı, qalibləri və onların məşqçi müəllimlərini təbrik edir, yeni- yeni uğurlar arzulayırıq.

Keçidlər