Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Su ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar görüş keçirilib

06 aprel 2022 | 06:04

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli  1986 nömrəli Sərəncamı ilə yaradılan Komissiyanın tövsiyyə və tapşırıqlarına əsasən kənd təsərrüfatı bitkiləri üzrə proqnozlaşdırılan əkin sahələri, gütürüləcək suyun həcmi və vaxtı barədə kənd təsərrüfatı məhsullarının istehsalçılarının məlumatlandırlması istiqamətində, Neftçala rayonu üzrə 2022-ci ilin pambıq əkini ilə əlaqədar istehsalçılar və emal müəssisələri arasında xam pambığın istehsalı, alqı-satqısına dair bağlanan müqavilələr və pambıq əkini nəzərdə tutulan torpaq sahələrinin mövcud vəziyyəti, su təminatının təhlili məqsədilə görüş keçirilib.
Görüşdə Neftçala RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Neftçala Suvarma Sistemləri İdarəsinin və Sudan İstifadəedənlər Birliyinin məsul şəxsləri iştirak edib.
Neftçala rayonu üzrə 2022-ci ilin pambıq əkini mövsümündə mövcud vəziyyət, qarşıda duran çətinliklər, su limitindən istifadəyə nəzarət, sudan qanunsuz və normadan istifadənin qarşısının alınması, fermerləri maraqlandıran məsələlər, əkin aparılcaq sahələrə planlaşdırılan suyun verilməsi ilə bağlı Sudan İstifadəedənlər Birlikləri ilə öncədən müqavilələrin bağlanması və digər məsələlər müzakirə olunub.
Kənd təsərrüfatı məhsullarının suvarılması, arat və vegetasiya suyunun verilməsi üçün rayon üzrə ayrılan su limitinə ciddi əməl edilməsi, su itkilərinin qarşısının alınması, əkin sahələrinin növbəlik prinsipinə  əsasında suvarılmasında təsdiq edilən su qrafikinə ciddi əməl olunması, sudan qanunsuz və normadan istifadənin qarşısının alınmasına nəzarətin gücləndirilməsi Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin və Sudan İsitfadəedənlər Birliklərinin rəhbərlərinə tapşırıldı. Bu istiqamətdə rayonun yaşayış məntəqələrində fermerlə maarifləndirici tədbirlərin aparılması və görüşlərin təşkil olunması tövsiyə edildi.

Keçidlər