Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Sağlam gənclik” adlı maarifləndirici tədbir keçirilib

06 aprel 2022 | 06:04

Neftçala RİH dəstəyi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayonun Xıllı qəsəbəsi R.Gözəlov adına 1 saylı tam orta məktəbdə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyanın İş Planına uyğun olaraq “Sağlam gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayonu İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin, Rayon Polis Şöbəsinin, Neftçala RMX PHŞ-nin məsul şəxsləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bu gün ümumbəşəri bəla hesab olunan və “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanunlar və Dövlət Proqramları haqqında tədbir iştirakçılarını məlumatlandırıb, aparılan təbliğat, maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi qeyd olunaraq bu sahədə əldə edilən uğurlu nəticələri nümunə göstərilib və videoçarx nümayiş etdirilib.

Keçidlər