Neftçala rayonunda 31 Mart-Soyqırım gününə həsr olunan şahmat turniri keçirilib
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 31 Mart-Soyqırım gününə həsr olunan şahmat üzrə blits (sürətli oyun) turniri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Neftçala rayon Təhsil Şöbəsinin, GİKM-nin və Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri iştirak edib.
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Tədbirdə çıxış edənlər 1918-ci ilin mart ayında günahsız soydaşlarımıza qarşı törədilən soyqırım hadisəsindən, Sovet hakimiyyəti dövründə xalqın qan yaddaşını silməyə olunan cəhdlərdən və Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlılara qarşı törədilən soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi haqqında turnir iştirakçılarına məlumatlar verilib.
31 Mart-Soyqırım gününə həsr olunan şahmat üzrə blits (sürətli oyun) turnirində üç yaş qrupu üzrə (10, 12, 14 yaş) 50 şahmatçı iştirak edib. Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub və həmin nəticələrə uyğun olaraq qaliblər diplomlarla mükafatlandırılıb.