Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Talassemiya və qohum nikahların səbəb olduğu genetik xəstəliklər” mövzusunda təlim keçirilib

29 mart 2022 | 08:03

Neftçala RİH-nin dəstəyi və "Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təlim keçirilib.
Təlimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Neftçala Qadın Resurs mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin məsul şəxsləri, gənc könüllülər, həkimlər, təhsil işçilər və şagirdlər iştirak edib.
Təlim zamanı talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının və qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görülür: “Ölkəmizdə müasir tələblərə cavab verən səhiyyə müəssisələri tikilir, ən müasir tibbi avadanlıqlarla təmin olunur. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələrinin müalicə və müayinəsinin aparılması məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə start verildi. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzi tikilib istifadəyə verildi. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. 2015-ci ildən nikaha daxil olan cütlüklərinin tibbi müayinəsinin aparılması da milli genofondumuzun qorunması üçün qəbul edilən qərarlardandır”.
Sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər haqqında iştirakçıların müxtəlif sualları cavablandırılıb.
Tədbirdə iştirak edən tibb işçiləri, gənclər və müəllimlər də bu mövzuda əhali arasında maarifləndirmənin aparılmasının vacibliyini qeyd ediblər.

Keçidlər