Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib

17 mart 2022 | 02:03

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Yenikənd İƏD Nümayəndəsi çıxış edərək Yenikənd İnzibati Ərazi Nümayəndəliyinə daxil olan Mayak-1 kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Rayon Ağsaqqallar Şurasının sədri, YAP-nın sədri və Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri çıxış edərək ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən mövcud Kür çayındakı içməli su çətinliyinin yaranması, elektrik xətlərinin yenilənməsi və mavi yanacağın verilməsi ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.

Keçidlər