Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda BMT-nin Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəliyi ilə görüş keçirilib

13 mart 2022 | 01:03

Neftçala Rayon İcra Hakimiyyətində BMT-nin Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatının  əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, BMT-nin Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, RİH-nin və BMT-nin Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin məsul şəxsləri iştirak edib.
Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Xəzər dənizi bölgəsində urbanizasiya və iqlim dəyişikliyinə uyğunlaşma proqramı çərçivəsində ətraf mühitin çirklənməsinin ekoloji tarazlığın pozulmasının və iqlim dəyişikliklərinin insan həyatına olan təsirləri və rayonun əsas rastlaşdığı problemlər haqqında məsələlər müzakirə olunub, Kür çayının deltasında və ətraf yaşayış məntəqələrində əhalinin qarşılaşdıqları çətinliklər və mövcud problemin həlli yolları barədə qarşılıqlı fikirlər müzakirə olunub.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.

 

Keçidlər