Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Cəngan İƏD Nümayəndəsi çıxış edərək Cəngan İnzibati Ərazi Nümayəndəliyinə daxil olan kəndlər haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edən RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Rayon Ağsaqqallar Şurasının müavini Zeynalova Hüsniyyə və ictimai fəal Şərabanı Əhmədova çıxış edərək ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat verib.
Səyyar qəbulda əsasən mövcud Kür çayındakı içməli su çətinliyinin yaranması, internet, əkin subsidiyalarının verilməsi, mineral gübrələrin alınması, yol infrastrukturu, elektrik xətlərinin yenilənməsi ilə əlaqədar təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.