Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilib

27 fevral 2022 | 02:02

Neftçala rayonunda Xocalı soyqırımının 30- cu il dönümü ilə əlaqədar tədbir keçirilib və Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı ilk öncə məktəblilərin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərlərinə baxış keçirib.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin kollektivlərinin hazırladığı "Salam Xocalı dərdim" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarını bir daha o ağır günlərə qaytarıb və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad olunub.

Keçidlər