Neftçala rayonunda Xocalı soyqırımın 30-cu ili qeyd olunur
26 fevral 2022 | 01:02
Neftçala rayonunda 26 Fevral 1992-ci il Xocalı soyqırımının 30-cu il dönümü rayonun ümumtəhsil məktəblərində və mədəniyyət evlərində qeyd olunub. Tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat verilib və hadisələr zamanı günahsız və silahsız xalqa divan tutulub, 613 nəfər dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb və 150 nəfərin taleyi hələdə məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.