Neftçala rayonunda gənclər üçün təlim və “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə jurnalist, zəngin əmək təcrübəsinə malik Səmayə Məmmədovanın təcrübəsinə, əmək faliyyətinə, tövsiyyələrinə əsaslanaraq gənclərlə təlim və müəllifi olduğu “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Gənlər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin, YAP-nın, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və rayon gəncləri iştirak edib.
Görüşdə Səmayə Məmmədovanın həyat və yaradıcılığı, 22 illik əmək fəaliyyətindəki təcrübəsi haqqında məlumat verilib və videoçarx izlənilib.
Çıxış edən Səmayə Məmmədova özünün müxtəlif təşkilatlardakı əmək fəaliyyətindən, təcrübələrindən danışıb, kitabın çap olunmasında əsas məqsəd və fikirləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Görüş gənclərin qarşılıqlı sualları ilə davam edib.
Təlidə iştirak edənlərə Səmayə Məmmədova müəllifi olduğu “Peşəkarlığın rəsmi” kitabına ürək sözlərini qeyd edərək oxucularına hədiyyə edib.