Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda fəaliyyət göstərən səhmdar cəmiyyətlər ilə Mərkəzi Bank arasında görüş keçirilib

24 fevral 2022 | 02:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2020-ci il 1859 nömrəli ''Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı'' Sərəncamına əsasən Mərkəzi Bank tərəfindən hazırlanan Tədbirlər Planına uyğun olaraq Neftçala rayonunda fəaliyyət göstərən səhmdar cəmiyyətlər ilə videoformatda görüş keçirilib.
Görüşdə RİH-nin, Qaraqaşlı Broyler ASC-nin, Neftçala Avtonəqliyyat ASC-nin və Oryad-Balıq MMC-nin məsul şəxsləri iştirak edib.
Videoformatda keçirilən görüşdə maliyyə xidmətləri sahəsində şəffaflığın artırılması, nəzarət subyektləri tərəfindən təqdim edilən hesabatlılığın təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, səhmdar cəmiyyətlər arasında daha geniş miqyaslı kommunikasiyanın yaradılması, hesabatlılıqla əlaqədar qanunvericilik tələblərinin izah olunması məsələləri haqqında məlumat verilib.
Videoformatda keçirilən görüş qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər