“Uşaqların hüquq və azadlıqlarının dövlət təminatı” və “Psixoloji gərginliklərin yaranması səbəbləri və onların aradan qaldırılmsı yolları” mövzusunda tədbir keçirilib
Əhali arasında ideoloji maarifləndirmə işinin optimallığını təmin etmək məqsədilə Neftçala RİH-nin təşəbbüsü və Neftçala rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Uşaqların hüquq və azadlıqlarının dövlət təminatı” və “Psixoloji gərginliklərin yaranması səbəbləri və onların aradan qaldırılmsı yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Neftçala rayon Yeni Azərbaycan Partiyasının məsul şəxsləri, məktəb direktorları və şagirdlər iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Qanunvericilik aktlarında uşaq hüquqlarının qorunması, Uşaq hüquqlarının qorunması sahəsində Yerli İcra Hakimiyyəti orqanlarında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti, müasir dövrümüzdə uşaqlara qarşı hər cür zorakılığın qarşısının alınması, narkomaniya, erkən nikah, uşaq əməyinin istismarı sahəsində görülən işlər və qarşıda duran vəzifələr, eyni zamanda psixoloji gərginliklər, yetkin yaşlı şəxslərdə və uşaqlarda stress problemləri, stressin yaranma səbəbləri və onun aradan qaldırılması yolları, yaş qruplarına görə uşaqlarda stressə qarşı reaksiyalar haqqında tədbir iştirakçılarına geniş məlumat verilib və videoçarx nümayiş etdirilib.