Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı yerli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrlə görüşüb

20 fevral 2022 | 07:02

Görüşdə COVİD-19 vaksinasiya prosesinə vətəndaşların cəlb olunması,vətəndaş müraciətlərinin, onları narahat edən və maraqlandıran məsələrin vaxtında həll olunması, ev təsərrüfatbaşına uçot kitablarının dəqiqləşdirilməsi, Kür çayından nəzarətdən kənar su nasoslarının və aqreqatlarının quraşdırılması ilə əlaqədar icazələrin alınması, sənədləşmə işlərinin aparılması işlərinin nəticələri və digər məsələlər müzakirə olunub.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri və yerli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Yenikənd İƏDN və Tatarməhlə kənd İƏDN-ləri işlədiyi müddətdə səmərəli fəaliyyətlərini nəzərə alaraq Dövlət Qulluğunda səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif edib.
Göstərilən diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyeva təşəkkür, minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkili çəkilib.

Keçidlər