Neftçala Rayon İcra Hakimiyyətində su ehtiyatlarının səmərəli istifadəsinin təmin olunması ilə əlaqədar olaraq işçi qrupunun növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamına əsasən Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Neftçala RİH yaradılan işçi qrupunun iclası keçirilib.
İclasda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala Suvarma Sistemləri İdarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala Su Kanal İdarəsinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə Neftçala rayonun yaşayış məntəqələri üzrə Kür çayından nəzarətdən kənar su nasoslarının və aqreqatlarının quraşdırılması ilə əlaqədar icazələrin alınması, sənədləşmə işlərinin aparılması; suvarma aparılan zaman su rejiminə, suvarma norma və qaydalarına əməl edilməsi, suyun əkin sahələrinə əkin normalarına uyğun və ədalətli bölünməsinə, sudan qənaətlə istifadə olunması, Neftçala rayonu üzrə mövcud su ehtiyatlarından səmrəli istifadənin təmin olunması və Kür çayında idarə etmə mexanizminin tətbiq edilməsi məqsədilə yaradılan işçi qrupunun hesabat məruzəsi dinlənilib və Kür çayında yarana biləcək su çətinliyinin qarşısının alınması üçün mövcud vəziyyət müzakirə olunub.
Görüş iclas iştirakçılarının qarşılıqlı müzakirələri ilə davam etdirilib.