Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyanın iclası keçirilib

18 fevral 2022 | 01:02

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 31 yanvar 2022-ci il tarixli, 16 nömrəli Sərəncamı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyanın iclası keçirilib.
İclasda RİH-nin, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-ci il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı",  Komissiyanın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr haqqında danışılıb.
İclas Neftçala Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı və Komissiyanın 2022-ci il üçün tərtib edilən İş Planı və nəzərdə tutulan məsələlər, bəşəriyyətin ən böyük problemlərindən birinə çevrilən narkomaniyanın qarşısının alınması haqqında məlumat verilib.
İclas qarşılıqlı müzakirələr ilə davam edib.
Vətəndaşların nəzərinə çatdırırıq ki, narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın fəal iştirak etməsi vacibdir.

Keçidlər